Apple qurğularının 87 faizində iOS 8 quraşdırılıb

04-09-2015 / 09:53

Apple şirkəti  iOS əməliyyat sisteminin versiyalarının populyarlığını əks etdirən statistikanı təqdim edib. Statistikaya görə, hazırda iOS 8 platforması Apple qurğularının 87 faizində quraşdırılıb ki, bu da bir ay əvvəldən 1 faiz bənd çoxdur.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, iOS 7 versiyası şirkətin qurğularının 12 faizinin proqram əsasını təşkil edir. İndiyədək daha köhnə əməliyyat sistemlərindən aktiv iOS qurğu sahiblərinin 2 faizi istifadə edir.

Sentyabrda iOS 9 sisteminin son versiyasının təqdim olunacağı gözlənilir. Platformanın iOS 8 sisteminin dəstəkləndiyi bütün qurğularda işləyəcək. Bu isə o deməkdir ki, bütün iPhone və iPad modelləri, o cümlədən iPhone 4S və iPad 2 yenilənəcək. Apple nümayəndələri bildirib ki, platformanın yaddaş tutumu 1,3 giqabayt təşkil edəcək. iOS 9 sisteminin idarəetməsi ilə işləyən qurğunun iş vaxtı təxminən bir saat artırılıb, eləcə də smartfonun və ya planşetin iş vaxtını təxminən 3 saat artırmağa imkan verən enerjini saxlama rejimindən istifadə etmək mümkündür.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə