Apple sərfəli MacBook istehsal edəcək

26-01-2018 / 13:49

Son illər Apple öz flaqman noutbuku MacBook Pro-nu fəal olaraq yeniləyir. Lakin bu il şirkət kiçik noutbukların istehsalına qayıtmaq niyyətindədir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bundan başqa, MacBook Air-i əvəzləyəcək yeni noutbuklar, indiki Pro-versiyalardan daha sərfəli olacaq.

Apple-ın yeni tətbiqi haqqında General Interface Solutions şirkəti məlumat verib. Bu şirkət 2017-ci ilin sonundan MacBook üçün aksessuarlar istehsal edir. Hazırda şirkət yeni, 12 düymlük, sərfəli MacBook üçün maye kristal ekranların sifarişini alıb.

Bildirilir ki, yeni MacBook 2018-ci ilin ikinci yarısında satışa daxil olacaq. MacBook Air-in hazırkı dəyərinin 1200 ABŞ dolları təşkil etdiyini nəzərə alsaq, yeni noutbukun dəyəri bu məbləği ötməyəcək.

Apple yeni məhsulun istehsalından sonra MacBook Air-in istehsalını dayandıra bilər. Bununla yanaşı, yeni MacBook, həmçinin Apple-ın son dərəcə incə korpusu tozla dolaraq sınmasına səbəb olan, yeni mexanizmə malik klaviaturası ilə bağlı yaranmış problemləri həll etməyə kömək edə bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə