"Apple" şirkəti rekord vurub

23-07-2010 / 23:13

“Apple” şirkəti bu ilin 3 ayı ərzində rekord sayda “Mac” kompüteri satdığı barədə məlumat yayıb.
Bu müddət ərzində şirkətin satdığı kompüterlərin sayı 3,47 milyon olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə yüksək göstərici hesab olunur.

“iPhone” smartfonlarının satışı isə 8,4 milyon təşkil edib, bu il smartfonların satışı 61 faiz artıb. Üç ayda həmçinin 9,41 milyon “iPod” pleyer satılıb. “İpod”ların satış həcmi ötən ilkindən 8 faiz az satılıb. Bundan başqa analoji dövrdə 3,27 milyon “Apple iPad” planşeti satılıb. Şirkətin təmiz gəliri isə 3,25 milyard dollar təşkil edib.

Qeyd edək ki, “Apple”ın rəhbəri Stiv Cobs ilin sonuna kimi şirkətin yeni məhsullar təqdim edəcəyini bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə