Apple süni intellekt mütəxəssislərini əməkdaşlığa cəlb edir

08-09-2015 / 19:51

Apple şirkəti süni intellekt və kompüter təlimi sahəsində mütəxəssisləri əməkdaşlığa cəlb edir.

Xeberler.az xarici mətbuata istinadla məlumat verir ki, şirkət süni intellekt mütəxəssislər heyətini 90 nəfərədək artırmağa çalışır. Bu, onunla bağlıdır ki, korporasiya kompüter təlimi sahəsində Google ilə rəqabət aparmaq istəyir.

Google-un yeni məhsullarında smartfon əvvəlki təcrübəyə əsaslanaraq istifadəçiyə bəzi funksiyaları qabaqcadan təklif edəcək. Ekspertlər hesab edir ki, Apple bu sahədə Google-la rəqabət apara bilməyəcək, çünki iPhone istehsalçısının məxfilik siyasəti daha sərtdir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə