Apple tətbiqləri Android-ə gəlir

06-02-2016 / 16:27

Apple şirkəti  mobil tətbiqlərini digər mobil platformalarda da istifadəyə verməyi hədəfləyir.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkətin icraçı direktoru Tim Cook Apple Music-in sınaq edildiyini və bu testdən sonra digər tətbiqlərində istifadəyə veriləcəyini açıqlayıb.

Beləliklə, iCloud, iMessageApple Pay kimi digər mühüm tətbiqlərin Android platformasında istifadə etmək mümkün olacaq.

Apple şirkəti rəsmi açıqlama verməsə də,  iyun ayında baş tutacaq Dünya Yaradıcılar günündə bu mövzu ilə bağlı ətraflı məlumatın açıqlanacağı gözlənilir.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə