Apple virtual klaviatura hazırlayıb

02-03-2018 / 10:46

Apple şirkəti qadcet kimi istifadə olunan yeni sensor paneli patentləşdirib. İstehsalçılar daha əvvəl noutbuk üçün buna bənzər qurğu – Touch Bar hazırlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, OLED-displeydən klaviatura, ikinci ekran və ya planşet kimi istifadə etmək mümkün olacaq.

Həmçinin bildirilib ki, hər iki ekran bir-biri ilə qarşılıqlı təsir edə və vahid ekran ola biləcək.

Qurğunun iki variantda tətbiq olunması nəzərdə tutulub: Şarnir mexanizmi ilə birləşən iki ekrana malik MacBook-un yaradılması və aksessuar kimi istifadə olunacaq sensor OLED-panel.

Lakin Apple pərəstişkarları yeni klaviatura ilə işləməyin çox narahat olacağını bildiriblər.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.