Apple Watch-un qiyməti 299 dollar oldu

22-03-2016 / 09:49

Məlumat verdiyimiz kimi, dünən axşam Apple yeni iPhone və iPad modəllərini təqdim etdi.

Xeberler.az-ın məlumatına görə, şirkət Apple Watch ilə bağlı iki önəmli məlumatı paylaşdı.

Təqdimat mərasimində Apple Watch-un başlanğıc qiymətinin 299 dollara   düşdüyü açıqlandı.

Apple CEO-su Tim Cook   Apple Watch-dan indiyə qədər çox satıldığını vurğulasa da, cihazın  satış rəqəmləri ilə bağlı məlumat vermədi.

 Apple Watch üçün yeni Naylon kəmər modeli də təqdim edildi.

Yeni kəmər 49 dollardan satışa çıxarılacaq.

Tim Cook Apple Watch istifadəçilərinin əksər hissəsinin yeni kəmər aldığını da diqqətə çatdırıb.

Sevinc  Əsədova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə