Apple yeni iPod touch təqdim etdi

16-07-2015 / 12:58

Apple yeni iPod touch-ı  istehlakçılara təqdim etməyə hazırlaşır.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, yeni iPod touch əvvəlki model ilə eyni  4 düym ekrana sahib olacaq. Əsas yeniliklər isə onun daxili gücündədir. Apple prosessor olaraq  özü istehsal etdiyi A5-i dəyişərək iPhone 6  və iPhone 6 plus-da istifadə edilən A8-i əlavə edəcək. Video kart dəyişikliyinə gəldikdə isə daha ağır və yüklü oyunları da donmadan aça biləcək. Bu yeniləmələrlə birlikdə iPod touch əvvəlki modelindən 20 dəfə daha güclü olacaq. Arxa kamera isə 8 MeqaPiksel olacaq.

Qiymət baxımından 16GB versiyalıq model 199 dollara, 32 GB-lıq versiya 249 dollara, 64 GB-lıq versiya 299 dollara, 128 GB-lıq versiya isə 399 dollara təqdim olunacaq.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə