Apple yeni məhsullarını təqdim edəcək

10-01-2017 / 11:58

KGI Securities şirkətinin tanınmış analitiki Min-Çi Kuonun 9to5Mac nəşri üçün yeni proqnozuna əsasən, Apple şirkəti cari ilin yazında üç yeni iPad modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur. Onun fikrincə, 12.9 düymlük iPad modeli A10X  prosessoru ilə işləyən iPad Pro modelinin ikinci nəslidir.

9.7 düymlük iPad modeli ilk dəfə 2015-ci ildə iPhone 6S və 6S Plus smartfonlarında tətbiq edilmiş A9 prosessoru ilə təchiz ediləcək.

Nəhayət, 10-10.5 düymlük diaqonala malik “high-end” sinfinə məxsus  model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin A10X prosessoru ilə təchiz ediləcək.

Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə iPad planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.

Xeberler.az



ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.