Apple yeni təhsil layihəsinə başlayıb

06-10-2017 / 17:30

ABŞ-ın Ohayo Universiteti və Apple şirkəti rəqəmsal təhsil sahəsində yeni təşəbbüs haqqında məlumat veriblər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, “Digital Flagship University” adlı layihəyə cari tədris ilində start verilir.

Universitetin prezidenti Maykl Dreykin sözlərinə görə, bu təşəbbüs tələbələrə müasir mobil bacarıqlarını inkişaf etdirməyə və gələcəkdə rəqabətli əmək bazarında müvəffəqiyyət qazanmağa imkan verəcək.

Layihə çərçivəsində təhsil müəssisəsində yeni iOS Design Lab fəaliyyətə başlayacaq. Laboratoriya tələbələr, müəllimlər və yerli sakinlər üçün açıq olacaq.

Laboratoriyada texniki hazırlıq aparılacaq və Apple Swift proqramlaşdırma dilində proqram istehsalçılarının sertifikatlaşdırılması, həmçinin digər maarifləndirici proqramlar həyata keçiriləcək. Bundan əlavə, Apple universitetə yeni proqramlar hazırlamaqda kömək edəcək. 2018-ci ilin payızından başlayaraq, birinci kurs tələbələri iPad Pro, Apple Pencil və Smart Keyboard əldə edəcək.

Apple şirkətinin baş direktoru Tim Kuk da “Digital Flagship University” layihəsinin tələbələrə unikal imkanlar təqdim etdiyini bildirib. Ohayo ştatının sakinlərinin yeni iOS Design Lab-a giriş imkanı əldə etdiklərinə görə şad olduğunu qeyd edib.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.