“Apple”a güclü rəqib gəlir

02-03-2015 / 15:27

Çinin elektronika nəhəngi “Huawei”, yeni metal gövdəli ağıllı saatı ilə “Apple”a rəqib olmağa hazırlaşır.

İspaniyanın Barselona şəhərində Ümumdünya Mobil Konqresi keçirilir. Konqresdə texnologiya sektorunun ən əhəmiyyətli adları yeni modellərini bir-birinin ardınca təqdim edirlər. Çinin elektronika nəhəngi “Huawei” də onlardan biri olub. Şirkət, paslanmaz poladdan ağıllı saatını təqdim edib. “Huawei”nin bu gedişlə 9 Martda keçirəcəyi tədbirdə yeni ağıllı saatı “Apple Watch”u təqdim edəcəyi gözlənilən “Apple”a rəqib olacağı gözlənilir.

“Huawei Watch” adı verilən saat şirkətin taxıla bilən ilk texnologiya məhsuludur. “Google Android” sistemini istifadə edən model, 1,4 düym dairəvi ekrana malikdir. Modelin ekranında cızılmaz sapfir şüşə istifadə edilib. Saatın sahib olduğu xüsusiyyətlər arasında ürək ritmini ölçmə, Bluetooth əlaqəsi, e-poçt və mesaj istifadəsi yer alır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.