AppStore-da 250 zərərli proqram aşkarlanıb

20-10-2015 / 11:26

SourceDNA şirkətinin kibertəhlükəsizlik üzrə ekspertləri tərəfindən Apple şirkətinin rəsmi onlayn mağazasında istifadəçilərin şəxsi məlumatlarını oğurlaya bilən 250 zərərli proqram aşkarlanıb.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, Source DNA-nın Apple şirkətinin sonradan təsdiq etdiyi bəyanatına görə, məlumatların gizli toplanılmasını Youmi şirkəti tərəfindən yaradılan proqram təminatı həyata keçirib. Proqram tərtibatçılara məhsullara reklam elanlarının inteqrasiyası üçün lazım olan alətlər paketi şəklində təklif edilib. Source DNA ekspertləri bildiriblər ki, yoluxdurulmuş əlavələrin müəllifləri proqram təminatının nə üçün nəzərdə tutulmasını başa düşməyə bilərdilər, çünki proqram məlumatları yalnız onu yaradana göndərib.

Öz növbəsində Apple nümayəndələri qeyd ediblər ki, AppStore-dakı yoluxdurulmuş əlavələr silinib və proqramın yenilənmiş versiyalarının buraxılışına kömək etmək məqsədilə tərtibatçılarla əlaqə saxlanılıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.