Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

03-04-2019 / 16:15

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Aprel döyüşləri-2016. Lələtəpə” adlı poçt markaları və birinci gün zərflərinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə 100 ədəd birinci gün zərfi xüsusi hazırlanmış xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və “Zəfər” İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın yaxından iştirakı ilə hazırlanmış markalar işğal olunmuş Dağlıq Qarabağ ərazisində 1-5 aprel 2016-cı il tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib. Markaların buraxılmasında əsas məqsəd Azərbaycan ordusunun işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatlarından biri sayılan aprel döyüşlərində yüksək şücaət nümayiş etdirərək, Vətən uğrunda canından keçmiş zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələtəpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub. Səkkiz markadan ibarət kiçik vərəq şəklində hazırlanmış markaların rəssamı Nəriman Məmmədzadədir. Markalar Belarus Respublikasının Bobruysk şəhərində, A.T. Nepoqodin adına mətbəədə 24 000 tirajla (8 markadan ibarət 3000 kiçik vərəq) çap olunub. Bir markanın ölçüsü 40x28 mm, vərəqin ölçüsü 98x130 mm-dir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.