“Araz” radiosu fəaliyyətə başlayacaq

05-02-2011 / 15:47

“Araz” radiosu fəaliyyətə başlayacaq 

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

İclasda 25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilən müsabiqənin nəticələrinə baxılıb. Müsabiqədə iştirak edən üç iddiaçı arasından  "Araz " radiosu müsabiqənin qalibi elan edilib.

Xatırladaq ki, 25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilən müsabiqədə üç iddiaçı, yəni iki  hüquqi şəxs –  “Golden Prince” MMC (“Araz”), “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” MMC (“Radio Obyektiv”)  və bir fiziki şəxs - Cəfərov Rəsul Ağahəsən oğlu (“Alternativ radio”) sənədlərini Şuraya təqdim edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə