Argentinada ICANN konfransı işə başlayıb

24-06-2015 / 10:41

Buenos-Ayresdə (Argentina) İnternetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının konfransının açılışı olub.

Xeberler.az RYTN-ın rəsmi saytına istinadən məlumat verir ki, konfransda “ICANN”-ın müstəqil təşkilat kimi fəaliyyət göstərməsi müzakirə olunan əsas mövzular arasındadır. Bununla bağlı yekun qərarın qəbul ediləcəyi təqdirdə ABŞ Ticarət Nazirliyi domen adları sistemi üzərində nəzarət səlahiyyətini itirərək onu İnternet cəmiyyətinin maraqlı nümayəndələrindən ibarət yeni təşkilata ötürəcəyi gözlənilir.   

ICANN prezidenti Fadi Şehade bildirib ki, hüquqi məsələlərin həlli üçün bir ilə yaxın vaxt lazım olacaq.

Onun sözlərinə görə, artıq 2016-cı ilin iyununda ICANN ABŞ hökumətinin nəzarətindən çıxaraq müstəqil təşkilat olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə