Aria ilə ağıllı saatları barmağınızla idarə edə biləcəksiniz

25-05-2015 / 11:41

Bildiyiniz kimi həm Android Wear, həm də Apple-ın Watch məhsullarına sensor ekranlar vasitəsilə nəzarət edilir. Bu məqamda Deus Ex Techonolgy şirkəti əhəmiyyətli bir nöqtəni kəşf edir və ağıllı saatlara nəzarət üçün mütləq hər iki əlinizin də boş olmasının lazımlılığını dəyişdirmək məqsədiylə yola çıxır. Ağıllı saat bir biləyinizdə olarkən digər əliniz və barmaqlarınız da bu ekranın üstündə olmalıdır, lakin bu problemə olduqca həll olunan kimi yaxınlaşan şirkət Aria-nı inkişaf etdirmək üçün işlərə başlayır.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Aria ağıllı saatın kəmərinin içərisinə yerləşdirilən, silikon səthli və dərinin hərəkətlərini anlaya bilən bir quruluşda olan hardware mərkəzli bir cəhddir. Parçaları satın alıb, ağıllı saatınızın içərisinə yerləşdirin və nəticədə barmaq hərəkətlərinizi ağıllı saatınızı idarə etmək üçün istifadə ediləcək hala gəlirsiniz.

Aria Bluetooth texnologiyası ilə birbaşa olaraq saatla əlaqədə qalacaq və barmaq hərəkətləri ağıllı saatın idarəsini təmin edəcək. Aria çox yaxın zamanlarda iOS və Android platformaları üçün SDK-lar yayınlayacağını da bildirib. Qısacası, üçüncü tərəf proqramlar da Aria dəstəyini verərək öz tətbiqlərinin barmaq hərəkətləri ilə idarə edilməsini təmin edə biləcək.

Xeberler.az

 

                                                                                    


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə