Artıq onlayn evlənmək mümkündür

14-04-2015 / 17:47

Cütlüklər ailə qurarkən evlənəcəkləri məkana da daha çox önəm verirlər. Sadə bir nigah mərasimindənsə sahildə, boğaz mənzərəli bir restoranda evlənmək hər birimizin xəyalıdır. İKEA artıq sizi istədiyiniz yerdə evləndirməyə hazırdır.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq İKEA-nın hazırladığı yeni web sayt vasitəsilə onlayn evlənmək mümkündür. Virtual bir masa üzərində, fərqli mövqelərdə edilə biləcək toyunuza yoldaşlarınızı dəvət edə bilərsiniz.

Ailə üzvləri üçün xüsusi masa seçilə bilər, amma dostlar yalnız toyu izləyə bilər.

Kompüterin kamerası ilə sayta bağlanmaq mümkündür, bunun üçün şəkildəki insanın başı ilə öz başınızı dəyişdirə bilərsiniz. Beləliklə, canlı yayımla evlənəcəksiniz. Video Facebook-dan dəvət etdiyiniz dostalarınız tərəfindən izlənilə bilər. 

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.