Artıq reklamları Google-da yox Goo-da verəcəklər

31-03-2014 / 09:41
Bu günlərdə Azərbaycanda yeni şirkət fəaliyyətə başlayıb
Goo Media Marketing MMC ölkədə yeganə şirkətdir ki, reklamları klikə görə hesablayır.Bakumedia.az xəbər verir ki,dünyada geniş yayılan onlayn reklam, Google kimi şirkətlər bu xidmətləri göstərirlər.Goo Media Marketing şirkəti həm reklam verənlərə, həm də yayımlayanlara yüksək xidmət göstərmək və onlayn marketing sahəsində lider şirkət olmağı qarşısına məqsəd qoymuşdur. Şirkətin təsisçisi Eldar Zeynallı sistem haqqında bunları qeyd etmişdir:
” Sistem tam olaraq www.goo.az saytıdır. Burada reklam verən və reklam yayımlayan bölmələri var. Reklam vermək istəyənlərlə rəsmi müqavilə bağlanır, və saytlarda reklam yerləşdirilir. 1000000-dan çox istifadəçi kütləsinə sahibik və bu göstərici hər gün artmaqdadır. Reklama görə ödəniləcək pul, reklama baxanların sayına gorə deyil, klik edənlərin sayına görə ölçülür. Qiymətlər həm də reklam üçün seçilən şəklin ölçüsündən asılıdır. Reklamınıza 1000000 adam baxsa belə, sizin reklamda qoyduğunuz şəklə klik olunmasa pul çıxılmır. Sizin şəxsi admin paneliniz olacaq, ordan hər şeyə nəzarət edə biləcəksiniz. Reklama nə qədər adam baxdı, nə qədər klik elədi və s. Azərbaycandan başqa kənar ölkələrdən sizin reklam görünməz, əgər görünsə belə klikə görə pul çıxılmaz. Tutaq ki, sizin reklamınız hansısa biz icazə verdiyimiz saytlarda yayımlanır. Əgər kimsə şəkli, linklə öz saytına kopyalayıb qoysa, o reklam işləməz, ən əsası bizim səhvimizdən işləsə belə , ona görə sizdən pul tutulmaz. Azərbaycanda dünya bazarının reklam qiymətləri ilə işləyən və hesablamanı sadəcə KLİK-lə hesablayan yeganə reklam şirkətiyik. Reklama baxış sayı və ya saytın reytinqinin yüksək olması qiymətlərə heç bir halda təsir etmir. Qiymətlərimiz isə Facebook və ya Google Adsense - ilə müqayisədə belə dəfələrlə ucuzdu. Müştəri admin paneldən kliklərə və balansına nəzarət edə bilir. Hal hazırda reklamlarımız 30-dan çox sayt tərəfindən yayımlanır, buna görə istifadəçi kütləmiz 1 milyondan artıqdır və hər gün artmaqdadır. Baş verə biləcək bütün xoşagəlməz halların qarşısı alınıb, baş verdikdə isə istənilən halda müştərinin xeyrinə həll edilir.” (bakumedia.a)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə