ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018 / 15:23

Xeberler.az bildirir ki, Estoniyanın Elektron İdarəçilik Akademiyasının təşkilatçılığı ilə beynəlxalq Tallin E-hökumət 2018 adlı konfrans keçirilib. Rəqəmsal vətəndaşlar üçün idarəetməyə həsr olunan konfransda, müxtəlifölkələrin elektron hökumət sahəsindəki strategiyaları, qabaqcıl təcrübələri, yeniliklər vəqarşılaşıla biləcək problemlər və onların mümkün həlli yolları barəsində müzakirələraparılıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxs ilə Estoniyanın Elektron İdarəçilik Akademiyası arasında elektron hökumətin inkişafı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi tərəflər arasında elektron hökumətin inkişafı və dövlətxidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.

Eyni zamanda konfrans çərçivəsində Azərbaycan və Estoniya təcrübələri: e-
xidmətlər və e-şəxsiyyət mövzusunda təşkil olunmuş sessiyada ASAN - yeni nəsil dövlət xidmətləri: reaktiv xidmətlərdən proaktiv xidmətlərə, one-stop shopdan – non-stop shopa adlı təqdimat edilib. Təqdimat zamanı ASAN xidmət təcrübəsindən və Elektron hökumət sistemindən geniş bəhs edilib, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlər ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, 29-30 may 2018-ci il tarixində Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçirilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.