ASAN Finans layihəsinin əhatə dairəsi genişlənir

05-04-2019 / 11:15

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən reallaşdırılan “ASAN Finans” layihəsi maliyyə xidmətləri göstərən təşkilatların dövlət informasiya ehtiyatlarına elektron çıxışını təmin edən vahid platformadır.

Xeberler.az  bildirir ki, “ASAN Finans” layihəsi vasitəsi ilə vətəndaşlara dair məlumatların vahid sistemdə olması həmin məlumatların təhlilinin daha sürətli aparılmasına şərait yaradır. Həmçinin banklar, sığorta şirkətləri və digər kommersiya təşkilatları tərəfindən tələb olunan sənədlərin ən qısa zamanda və rəqəmsal formada vətəndaşın şəxsi razılığı ilə əldə olunması təmin edilir. Sistemə qoşulmaqla maliyyə xidmətlərinin göstərilməsi prosesində kağız daşıyıcılardan istifadə minimuma endirilir. Bununla da vətəndaşların, eyni zamanda qurumların vaxta qənaəti təmin olunur.

Sistem maliyyə təşkilatlarına dövlət informasiya sistemlərinə çıxış hüququ yaratmaqla onlara aşağıdakı üstünlükləri qazandırır:

· Vətəndaşlar dair məlumatların real vaxt rejimində əldə edilməsi;
· Məlumatların rəqəmsal sistemdə olması, onların təhlili və qərarvermə prosesində analizlərin sürətli aparılmasına imkan yaradılması;
· Rəqəmsal bankçılığın inkişafının sürətləndirilməsi;
· Operator, əməliyyat və digər xərclərə, həmçinin fiziki resurslara qənaətə imkan yaradılması.

Bundan əlavə sistem vətəndaşlara da aşağıdakı imkanları qazandırır:

· Bank xidmətlərindən istifadə zamanı kağız daşıyıcıların rolunun minimallaşdırılması;
· Bank və sığorta xidmətləri üzrə müraciətlərin vahid rəqəmsal məkandan daha sürətli və şəffaf şəkildə göstərilməsi;
· Məsafədən bankçılıq xidmətinin daha əlçatan olması, bank xidmətlərinə 7/24 elektron müraciət imkanının yaradılması.

Hazırda “ASAN Finans” 34 qurumu əhatə edir. Bunlardan 12 qurum (Expressbank ASC, Kapital Bank ASC, Paşa Bank ASC, Premium Bank ASC, AGBank ASC, Azərbaycan Beynəlxalq Bankı ASC, Bank Avrasiya ASC, Bank Respublika ASC, Unibank, Azərbaycan Mikro Kredit, İDEAL Kredit, “Paysis” MMC) real rejimdə fəaliyyətə keçib, 22 qurumla müqavilə imzalanıb, daha 12 qurum ilə işlər davam etdirilir. “ASAN Finans” sisteminə qoşulmaq üçün əlaqə vasitəsi : 012 444 74 44 (dax. 3136)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.