ASAN Finans vətəndaşlara maliyyə xidmətləri göstərəcək

19-02-2019 / 11:29

Ötən ilin sonlarında yaradılmış “ASAN finans" sistemi “Elektron hökumət”in alt sistemidir. Bu sistemin əsas məqsədi kredit və sığorta təşkilatlarına dəstək olmaqdır".

Xeberler.az  bildirir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsallıqla Reallığa” adlı tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, “ASAN finans" ölkə vətəndaşlarına onlayn rejimdə maliyyə xidmətləri göstərəcək.

“Elektron hökumət” bizim ən uğurlu layihələrimizdən biridir. Çünki bu, vətəndaşa dövləti ilə fiziki olmadan təmas yaratmaq imkanı verir", - Ü.Mehdiyev əlavə edib. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.