Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

07-09-2018 / 11:48

Azərbaycan - Rəqəmsal Azərbaycanda biznesin aparılması məqsədilə digər ölkələrin vətəndaşları üçün rəqəmsal mobil və elektron identiteti təqdim edən elektron və mobil rezidentlik layihəsini tətbiq etdi.

Xeberler.az  məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin 2017-ci il 12 sentyabr tarixli Fərmanına əsasən bütün dünya üzrə ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycanda biznes qurmaq arzusunda olan və ya ölkə iqtisadiyyatına investisiya qoymaq istəyən dünya üzrə bütün əcnəbilərə “Asan İmza” mobil elektron imzanın elektron sertifikatlarını təqdim etmə səlahiyyətlərinə malikdirlər.

Estoniyanın aparıcı dövri nəşri olan “Postimees” - “Azərbaycan dünyada elektron rezidentlik layihəsini (e- Residency) tətbiq edən ikinci və mobil rezidentlik layihəsini təqdim edən ilk ölkə olmuşdur” adlı məqalə çap etmişdir. Məqalədə Azərbaycanın X-Road texnologiyası və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub) bazası əsasında elektron hökumət platformasına əsaslanan Rəqəmsal Dövlətin qurulmasındakı müsbət məqamları və nailiyyətləri qeyd edilmişdir. Həmçinin o da vurğulanmışdır ki, yaradılan “Made in Azerbaijan” - “Asan İmza” (Estoniyanın Mobiil-ID-nə analoji olan) texnologiyasına əsasən bugünkü gündə Azərbaycanda 600-dən çox elektron xidmət əlyetərlidir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı konsepsiyasının reallaşdırılması sahəsində isə bütün milli ixrac və idxal prosedurları kağızsız olacaqdır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.