“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016 / 17:47

Unibank müştəriləri indi banka gəlmədən bütün bank xidmətlərindən istifadəyə imkan verən Unibank Mobile-a Asan İmza ilə qoşula bilərlər.

Öz smartfonunuza Unibank-ın mobil bankinq xidmətini - Unibank Mobile-ı yükləyin (http://onelink.to/ffdbwf ) və Asan İmza ilə qeydiyyatdan keçərək bütün bank hesablarınıza istədiyiniz vaxt sərəncam vermək imkanı qazanın.

Unibank Mobile-a Asan İmza ilə qoşulmaq müştəriyə hansı üstünlüyü verir?

Bəzi bank əməliyyatlarında müştərinin imzası tələb olunduğundan banka gəlmək ehtiyacı yaranır. Amma Asan İmza müştərinin qanunla əl imzasına bərabər hesab edilən mobil elektron imzası olduğundan, bu imzanı əldə edənlər elə iş yerlərində və ya evdəcə telefonlarından Unibank Mobile-a daxil olaraq, yeni cari hesab və yeni depozit hesabı aça, həmçinin depozit təminatlı kredit xətti sifariş edə bilərlər.

"Asan İmza" (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. "Asan İmza" (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. "Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir.

Bunlardan xüsusilə "Asan İmza"nın ölkə qanunvericiliyi nöqteyi-nəzərindən yeganə qanuni mobil imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyini təmin etməsini vurğulamaq olar.

Buna görə də Asan İmza sahibləri Unibank Mobile-la bank xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər. İOS və Android platformalarında işləyən Unibank Mobile müştəriyə öz telefonunda bank kartı ilə bağlı bütün məlumatları əldə etmək, ödənişləri həyata keçirmək, əmanət hesablarını idarə etmək və cari hesablarını nizamlamaq imkanı yaradır.

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.