“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016 / 17:00

Mayın 10-12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilmiş nüfuzlu 10-cu beynəlxalq SDW 2016 konfrans və sərgisi öş işinə yekun vurub.

Rəqəmsal identitet, biometrik texnologiyalar və elektron təhlükəsizlik mövzularına həsr edilmiş tədbirdə sıralarında nüfuzlu ekspertlərin, iri təchizatçı şirkətlərin nümayəndələrinin, beynəlxalq təşkilatların vəzifəli şəxslərinin, eləcə də müxtəlif ölkələrin dövlət rəsmilərinin yer aldığı 80-ə yaxın ölkədən 1500-dən artıq nümayəndə iştirak edib.

Xeberler.az-ın məlumatına görə, konfransda “Asan İmza” mobil elektron imza xidmətinin yaradıcısı və operatoru olan B.EST Solutions şirkətinin təsisçisi xanım Yana Krimpe də iştirak edib.

Tədbirin mobil identitet mövzusuna həsr edilmiş plenar sessiyasında çıxış etmiş xanım Krimpe iştirakçılara Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza” barədə ətraflı məlumat verib və “Asan İmza” texnologiyasının elektron hökumətdən mobil hökumətə keçid prosesində tətbiqi sahəsində ölkənin təcrübəsindən bəhs edib.

Qeyd edilib ki, elektron xidmət təminatçıları üçün tətbiqin asanlığı və əhali üçün kütləvi istifadə baxımından əlçatan olması kimi üstünlüklərə görə Azərbaycanın “Asan İmza” texnologiyası dünyada ən dinamik inkişaf edən mobil identitet və imza aləti kimi tanınır. Çıxış zamanı “Asan İmza” xidmətinin fəaliyyətinə dair əsas statistik göstəricilər də nümayiş etdirilib. İştirakçılara məlumat verilib ki, indiyədək “Asan İmza” xidməti Azərbaycanda Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərində, Elektron Hökumət və  “Asan Ödəniş” portallarında inteqrasiya edilib. Konfrans auditoriyası tərəfindən Azərbaycanın mobil imza xidmətinin mövcud olduğu iki il ərzində inkişaf templəri təqdirəlayiq hesab edilib. Təqdimatın sonunda cari il ərzində dünyada keçiriləcək digər tədbirlərdə də Azərbaycanın bu sahədə təcrübəsinin işıqlandırılması ilə bağlı dəvətlər səsləndirilib.

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir.  

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

 Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.