Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018 / 16:58

Bir müddət öncə AİF-in Asan imza-nın statusu ilə bağlı müxtəlif qurumlara göndərdiyi sorğulara VXSİ Dövlət Agentliyindən cavab gəlib.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Asan imza-nın statusu ilə bağlı biz müxtəlif qurumlara sorğular göndərmişdik. VXSİ Dövlət Agentliyindən də sorğumuza cavab olaraq bildiriblər ki, Asan imza bu qurumun layihəsi deyil və quruma aid hər hansı elektron imza sertifikat mərkəzi yoxdur.” 

Qeyd edək ki, hazırda ölkədə əsasən iki növ elektron imza sertifikatlarından istifadə olunur:

  • ASAN imza, Operatoru Best Solution şirkətidir. Layihə Mobil operatorlar və Vergilər Nazirliyi ilə birgə reallaşır
  • E-imza, Operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MHM qurumudur

Bildirək ki, bir müddət öncə AİF Asan imza-nın aylıq abunə haqqının qaldırılması və mobil telefonların qeydyyat rüsumunun qaldırılması ilə bağlı Prezidentə müraciət edib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.