ASAN imza problemi davam edir

28-03-2019 / 16:42

"ASAN Xidmətə aidiyyatı olmayan ASAN imza ilə bağlı yenidən problemlər baş qaldırıb. Vergi ödəyiciləri saatlarla yeni sertifikatlar əldə etmək və köhnələri yeniləmək üçün ASAN Xidmət Mərkəzlərində növbə gözləyirlər. Nə üçün belə narazılıqlar olmalıdır ? Nə üçün ASAN-a aidiyyatı olmayan bir xidmətə görə ASAN Xidmət şikayət olunmalıdır?. Nə vaxtadək bu davam edəcək ? Düzü, anlaya bilmirəm ki, niyə açıqlamalar verilmir. Fikrimcə, VXSİ Dövlət Agentliyi , eGov Mərkəzi ASAN Xidmət Mərkəzlərində baş verənlərə aydınlıq gətirməlidir. Dəfələrlə bildirmişik ki bu sahədə ciddi problem var. Və zaman-zaman bu baş qaldıracaq. Mobil ASAN imza ilə bağlı inhisarçılıq var. Heç nədən böyük pullar qazanmaq istəyənlər var. Hər ay kimlərsə bu ASAN imzaya görə vətəndaşlardan və sahibkarlardan 0.5 milyon manat pul “qopardır”. Bu belə davam edə bilməz."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda xarici bir məhsul olan ASAN imza ilə yanaşı, daha bir mobil ASAN imza-nın təklif edilməli olduğunu vurğulayıb :

"Bu, ümumiyyətlə dövlət başçısı tərəfindən ölkədə aparılan rəqəmsallaşma, innovasiya, eGov quruculuğuna qarşı hörmətsizlikdir. Vergi ödəyiciləri gəlib ASAN Xidmətdə növbə tutub gedib ofislərində gözləyirlər, zəng edirlər ki, nə zaman gəlsinlər . Əgər eGov -a cavabdeh qurumun Xidmət Mərkəzlərində belə hal varsa onda biz başqalarından nə gözləyək. Düşünürəm ki, aidiyyatı qurumlar problemi kökündən həll etməlidirlər. Alternativlər təqdim edilməlidir, daha rahat və asan identifikasiya üsulları təklif olunmalıdır. Heç olmasa indiki halda, xarici bir məhsul olan ASAN imza ilə yanaşı, ya eGov Mərkəzi , ya da NRYTN daha bir mobil ASAN imza təklif etməlidir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.