“ASAN imza” sertifikatlarının sayı açıqlanıb

12-11-2016 / 17:52

Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən “ASAN imza” ilə bütün e-xidmətlərdən istifadə etmək mümkündür.

Sözügedən imza gücləndirilmiş elektron imza vasitəsi olduğundan, onunla imzalanan sənədlər ölkə qanunvericiliyinə əsasən əl ilə edilmiş imzaya bərabər sayılır.

Xeberler.az Vergilər.az saytına istinadən bildirir ki, bu ilin 3-cü rübü ərzində “ASAN imza” sertifikatlarının sayı 49 min 531 ədəd olub. Onlardan 25551-i “Şəxsi”, 22,825-i “İş”, 1155-i isə “Dövlət və bələdiyyə” tipli sertifikatlar təşkil edib.

Ötən ilin müvafiq dövründə isə verilən “ASAN imza” sertifikatlarının sayı 33,734 ədəd olub. Bu rəqəmlərin müqayisəsi göstərir ki, 2016-cı ilin 3-cü rübündə verilən “ASAN imza” sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,8 faiz çoxdur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.