Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018 / 15:55

Bu gün rəqəmsal bankçılığın üstünlüklərini nəzərə alan Bank “BTB” ASC bankda hesab açan müştərilərə İnternet Bankçılıq xidməti ilə yanaşı “Asan İmza” mobil elektron imza xidmətini də təqdim edə bilir. Həmçinin İpoteka krediti müraciəti üçün “Asan İmza” əldə etmək istəyən müştərilər Bank BTB-yə müraciət edə bilərlər. Hazırda Bank BTB-nin 3 xidmət nöqtəsində qeyd edilən “Asan İmza” xidməti təqdim edilir. Bunlar Baş Ofis, «Premium» və «Sənaye» filiallarıdır.

Xeberler.az  bildirir ki, bu xidmət, müraciət edən müştərilərin həm vaxtına qənaət, həm də mərkəzləşmiş qaydada kompleks xidmətlərin təqdim olunması deməkdir. Belə ki, Bank BTB-yə müraciət edən müştərilər “Asan İmza” mobil elektron imza sertifikatını əldə edə, eyni zamanda sahib olduqları sim-kartları dərhal “Asan İmza” üçün nəzərdə tutulan sim-kartla əvəzləmək imkanını əldə etmiş olurlar. Bunun üçün müştərilər Bank BTB-nin müvafiq xidmət nöqtələrinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş İstifadəçi ID-si və PIN kodlar (PIN1, PIN2 və PUK kod) təqdim olunur.

Qeyd edək ki, «Asan İmza» mobil elektron imzanın istifadəsi Bank BTB–nin müştərilərinə maliyyə əməliyyatlarının tez, asan və təhlükəsiz aparılması imkanı verir


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.