ASAN Könüllüləri Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

10-05-2019 / 16:09

“ASAN xidmət” və “ASAN Könüllüləri” Ulu Öndərin siyasi kursunun,azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə silsilə tədbirləri davam etdirirlər.

Xeberler.az bildirir ki, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən bu tədbirlər regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində mayın 1-dən etibarən başlayıb.

Tədbirlər zamanı “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında “Heydər Əliyev irsi” mövzusunda intellektual yarışma təşkil olunub, veloyürüş keçirilib, Ulu Öndərə həsr olunan müxtəlif kompozisiyalar nümayiş etdirilib, şerlər və musiqi parçaları səsləndirilib. Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşdirilib.

Respublikamızın regionlarında davamlı olaraq bu mövzuda tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə