ASAN könüllüləri Şərqdə parlayan MAY adlı tədbir keçirdi.

29-05-2018 / 18:11

Xeberler.az-ın məlumatına görə, Sumqayıt ASAN xidmət mərkəzinin könüllüləri 28 may Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və Respublika Günü münasibəti ilə “Şərqdə parlayan MAY” adlı tədbir keçirib.
Tədbirdə 30-a yaxın cari və məzun könüllü iştirak edib. İstedadlı könüllülərin ifasında mahnılar eləcə də, səhnəcik nümayiş etdirilib. Hazırlanan səhnəcik və musiqi nümunələri tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.Tədbirin sonunda könüllülər Heydər Marşı-nı ifa ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli çıxış edərək bütün qonaqları bu möhtəşəm bayram münasibəti ilə təbrik edib və konsertin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə