ASAN Məktub-dan yeni aksiya

13-02-2016 / 14:23

“ASAN Könüllüləri” Təşkilatı ASAN Məktub layihəsi çərçivəsində yeni aksiyaya başlayıb.

Bu barədə Xeberler.az-a  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Məlumata görə, “ASAN Könüllüləri” kitab aksiyasına start verib. Öz kitabını hədiyyə edərək hər kəs bu aksiyaya qoşula bilər.

Qeyd edək ki, aksiyaya dəstək olan şəxslərdən toplanan bu kitablar ucqar rayonlarda yaşayan azyaşlı vətəndaşlarımıza paylanacaq. Sözügedən ərazilərdə kitabxanalar, vətəndaşların maariflənməsi üçün oxu köşkləri bir qədər məhduddur. Aksiyanın əsas məqsədi toplanan kitabları ucqar rayonlarda yaşayan balacalara hədiyyə etməklə onların maariflənməsinə az da olsa töhfə verməkdir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə