ASAN ödəniş terminalları xidmət göstərməyəcək

11-05-2018 / 10:30

ASAN xidmət mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış ASAN ödəniş terminalları funksional imkanlarının genişləndirilməsi və profilaktik tədbirlərlə əlaqədar may ayı ərzində xidmət göstərməyəcək.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Vətəndaşlar qeyd olunan müddət ərzində öz ödənişlərini www.asanpay.az portalı və ASAN ödəniş sisteminə qoşulmuş ödəniş portalları üzərindən həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi ASAN ödəniş sistemi vasitəsi ilə təmin edilir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.