“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017 / 15:40

“ASAN Viza” portalından (www.evisa.gov.az) ilk elektron viza alan İtaliya vətəndaşları Nicoletta Prandi və Luca Rossi dekabrın 30-da  Bakıya gəliblər. 

Əcnəbilər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində alıblar.

Qonaqların ölkəmizə gəliş məqsədi isə turizm olub.

Qeyd edək ki, e-viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

 Dekabrın 16-da “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.