“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017 / 15:38

Bu gündən etibarən “ASAN Viza” portalı (www.evisa.gov.az) test rejimindən çıxaraq tam istifadəyə verilib.

Bu barədə Xeberler.az-a Prezident y­anında Vətəndaşlara X­idmət və Sosial İnnov­asiyalar üzrə Dövlət ­Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, indiyə qədər  “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Portal üzərindən ilk elektron viza alan İtaliya vətəndaşları Nicoletta Prandi və Luca Rossi dekabrın 30-da  Bakıya gəliblər. 

Ötən il, dekabrın 16-da "ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Bel' ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər.

Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.