“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017 / 14:19

Ötən ilin dekabr  ayından bu günə kimi “ASAN Viza” sistemi üzərindən 36 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxslərə e-viza verilib.

Bu barədə Xeberler.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, ilk beşliyə İran (19097) , Almaniya (2113),  Böyük Britaniya (1721) , ABŞ (1414)  və Hindistan (1161) daxil olub.

Qeyd edək ki, e-viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Əcnəbilər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində ala bilir. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.