“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017 / 14:37

“ASAN Viza” sisteminin  inkişafı və təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

Xeberler.az-ın məlumatına görə, “ASAN Viza” portalının ispan dili versiyası da istifadəyə verilib.

Beləliklə hazırda portal 7 dildə (Azərbaycan, İngilis, Fransız, İspan, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.

Xatırladaq ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.

Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Fəaliyyətə başladığı gündən etibarən sistem vasitəsilə 265 000-dən çox əcnəbiyə elektron viza verilib.

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.