“ASAN Wi-Fi” hava limanında istifadəyə verildi

13-03-2017 / 12:20

Ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10  minlərlə insanın istifadə etdiyi Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, "ASAN Wi-Fi” sistemindən bu günə qədər 200 minə yaxın istifadəçinin yararlanıb.

Belə ki, sistem istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir.

Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.

 Qeyd edək ki, “ASAN Wi-Fi” layihəsi 2016-cı il 10 avqust tarixində Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı İlham Əliyevə təqdim olunub.

2016-cı ilin oktyabr ayından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayıb.

Məlumata görə, tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur.

 Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə