ASAN xidmət-də 15 milyonuncu müraciət -Foto

03-05-2017 / 10:35

Nikaha daxil olmaq istəyən Dorojkin Pyotr və Hacıyeva Mədinənin 1 saylı Bakı ASAN xidmət mərkəzinə müraciəti qurumun mərkəzlərinə olan 15 000 000-cu müraciət kimi qeydə alınıb.

Bu barədə Xeberler.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Belə ki, Pyotr və Mədinə cütlüyü Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətinə müraciət ediblər.

15 milyonuncu vətəndaş müraciətinin sahibləri təntənəli nikah mərasimindən sonra ASAN xidmət tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə