ASAN xidmət-dən yenilik-“Asan İmza”nı ünvanınızda əldə edin

28-09-2016 / 14:40

 Artıq sifarişli əsaslarla həyata keçirilən Səyyar ASAN xidmətə "Asan İmza" sertifikatının verilməsi xidməti də əlavə olunacaq.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, sözügedən xidmətdən istifadə edərək vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada Asan İmza xidmətinə qoşula biləcəklər.

Vergilər Nazirliyi tərəfindən həyata keçirilən "Asan İmza" xidmətinə qoşulma Bakcell və Azercell operatorları tərəfindən göstəriləcəkdir.  Xidmətin sifarişi isə 9-108 nömrəli Çağrı mərkəzi vasitəsi ilə mümkündür.

 Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

 Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar  (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən)  üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.