ASAN xidmət-ə 26 milyonuncu müraciət

25-12-2018 / 15:13

“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Xeberler.az  bildirir ki, bu müraciət Şəki “ASAN xidmət” mərkəzinə Nadir Paşayev tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararlanıb. 26 milyonuncu müraciətin sahibi kimi Nadir Paşayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.