ASAN xidmət-ə qəbulla bağlı keçirilən test imtahanları başa çatıb

22-09-2015 / 11:39

Xəbər verdiyimiz kimi, ASAN xidmət-ə qəbulla bağlı test imtahanları başlamışdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin VII təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün avqustun 6-da elan edilən müsabiqənin test imtahanları sentyabr 21-də başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Xeberler.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 189 qadın namizəd olmaqla 772 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin 83.29%-ni gənclər təşkil edib. Namizədlərdən 362 nəfəri (46,89 faiz) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən 344 namizəddən 19-u qadın olmaqla 66 nəfəri bu mərhələdə uğur qazanıb. Test imtahanı mərhələsi qaliblərinin 90.91 faizini gənclər təşkil edib.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsində uğur əldə edən namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün test imtahanı mərhələsi başa çatdığı gündən sonrakı 10 iş günü ərzində qanunvericiliklə müəyyən olunmuş sənədlərini Komissiyaya təqdim etməlidirlər. Bu müddət ərzində sənədlərini təqdim etməyən namizədlər müsahibə mərhələsinə buraxılmayacaqlar.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə