ASAN Xidmət-ə yeni səlahiyyətlər verildi

08-05-2019 / 14:20
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.
 
Xeberler.az bildirir ki, Prezidentin fərmanı ilə ""Güzəştli mənzil” sistemi haqqında Əsasnamə””yə edilən dəyişiklikdə əksini tapıb.
 
Dəyişikliyə görə, Əsasnamənin 6.2-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilir.
 
Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:
 
1. mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
 
2. mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
 
3. mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;
 
4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
 
5. mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.