ASAN xidmət-in 10 milyonuncu vətəndaşı -Foto

10-06-2016 / 15:09

ASAN xidmət Mərkəzinin mərkəzləşdirilmiş elektron növbə sistemində 10 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.

Xeberler.az quruma istinadən məlumat verir ki, bu müraciəti Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Arzu Əliyeva 5 saylı ASAN xidmət mərkəzinə edib.

A.Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzinə müraciəti Daxili İşlər Nazirliyinin həyata keçirdiyi şəxsiyyət vəsiqəsinin alınması xidməti ilə bağlı olub.

A.Əliyevaya 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb. O və valideyni ASAN xidmət-ə təşəkkürünü bildirib.

Qeyd edilib ki, A.Əliyeva "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təhsil alır. 

Hazırda Azərbaycanda ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərindədir.

 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.