ASAN xidmət-in 21 milyonuncu istifadəçisi

17-04-2018 / 14:37

16 aprel 2018-ci il tarixində ASAN xidmət-ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Xeberler.az bildirir ki, bu müraciətin sahibi Xaçmaz şəhər sakini Şahvar Yusufov olub.

O, Xaçmaz şəhərində Səyyar ASAN xidmətə müraciət edərək ASAN qatarda Ədliyyə Nazirliyinin notariat xidmətindən yararlanıb.

21 milyonuncu müraciətin sahibi kimi Şahvar Yusufov təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 13 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.