ASAN xidmət-in daha bir işçisinə Nazirlikdə vəzifə verildi

30-04-2018 / 15:04

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) daha bir işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Xeberler.az bildirir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2012-ci ilin noyabr 1-dən bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib. Rus və ingilis dillərini bilir.

S.Cəfərov 2012-ci ildən indiyədək Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəcamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub. (Report)

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə