ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

03-12-2015 / 21:25

Dekabrın 3-də ASAN xidmət-in təşkilatçılığı, Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiya çərçivəsində Xəzər rayonunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin şagirdlərinə şəxsiyyət vəsiqələri verilib.

Xeberler.az bildirir ki, aksiya çərçivəsində sosial xidmət müəssisəsinin 78 şagirdinə şəxsiyyət vəsiqəsi təqdim edilib.

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların ASAN xidmət mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, ASAN xidmət mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. ASAN xidmət fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.