“ASAN xidmət indeksi” ictimaiyyətə təqdim ediləcək

28-09-2016 / 16:51

 Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli, 262 nömrəli fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə dövlət xidmətlərini qiymətləndirmək və qiymətləndirmə qaydalarını müəyyən etmək tapşırığı verilib.

Məlumat verdiyimiz kimi, bu tapşırığın icrası məqsədi ilə Dövlət Agentliyi və ADA Universiteti tərəfindən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi mexanizmi hazırlanıb və İctimai Şura ilə senytabrın 16-da  keçirilən görüşdə müzakirəsi aparılıb.

Xeberler.az-ın məlumatına görə, qeyd edilən mexanizmin təqdimatı, o cümlədən Dövlət Xidmətlərinin Elektron Reyestrində aparılan yeniliklər və görülən işlər barədə məlumatlandırmanın həyata keçirilməsi məqsədi ilə oktyabrın 3-də ADA Universitetində tədbirin keçirilməsi nəzərdə tutulur.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə