ASAN xidmət mərkəzləri 4 gün işləməyəcək

29-12-2016 / 10:43

ASAN xidmət mərkəzlərində 4 gün iş olmayacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Xeberler.az-a verilən məlumata görə, dekabrın 31-dən yanvarın 4-dək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar bütün ASAN xidmət mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlar yanvarın 4-dən etibarən ASAN xidmət mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, ASAN xidmət mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.

Günel  

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə