ASAN xidmət mərkəzləri bir gün işləməyəcək

07-05-2018 / 14:56

9 may Qələbə Günü münasibətilə ASAN xidmət və ASAN Kommunal mərkəzlərində qeyri - iş günüdür.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib. 

10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 ASAN Kommunal mərkəzi fəaliyyətdədir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə