ASAN xidmət mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18-01-2017 / 11:21

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq ASAN xidmət mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Bu barədə Xeberler.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. 

Dövlət Agentliyindən bildirilib ki, dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Belə ki, bundan sonra ASAN xidmət mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, ASAN Kommunal mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə